Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən və 28 May – Müstəqillik Gününə həsr olunan “Sağlam Həmkar” minifutbol turniri davam edir. AHİK-in üzv təşkilatlarının komandaları arasında keçirilən yarışda III turun oyunlarına yekun vurulub.
Bu gün Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (ANQSİHİ RK) komandası Xidmət və Sənaye İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin (XSİHİ RB) kollektivi ilə qarşılaşıb. Böyükşor Bulvarındakı “Azfar” meydançasında gerçəkləşən görüş təmsilçimizin aşkar üstünlüyü şəraitində keçib və komandamız rəqibini 8:2 hesabı ilə məğlubiyyətə uğradıb.













