• İyun 27, 2026
  • Redactor Neftchi
  • 0

“Neftçi” İdman Klubunun cüdoçusu Zelim Tçkayev Çinin Sindao şəhərində keçirilən Qran-pri turnirində qızıl medal qazanıb. 81 kq çəki dərəcəsində çıxış edən idmançımız həlledici final qarşılaşmasında Avstriya təmsilçisi Bernd Faşinqi məğlub edib və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Eyni çəki dərəcəsində mübarizə aparan Olimpiya çempionumuz Hidayət Heydərov isə üçüncü yer uğrunda görüşdə Eqor Suxoparov üzərində qələbə qazanaraq bürünc medala yiyələnib.

Qeyd edək ki, daha əvvəl klubumuzun digər cüdoçusu Əhməd Yusifov (60 kq) da yarışı üçüncü pillədə başa vurub.