Avropa Oyunları Parkında çimərlik güləşi üzrə U-17 Azərbaycan birinciliyi keçirilib. Yarışda 131 idmançı 4 çəki dərəcəsində mübarizə aparıb.
“Neftçi” İdman Klubunun yetirmələri ölkə birinciliyinin bir dəst medalını qazanıblar. İdmançılarımızdan Ruslan Vəliyev (80 kq) bütün rəqiblərinə qalib gələrək çempionluq sevinci yaşayıb. Ömər Əliyev (80 kq) gümüş, İlyas Ağazadə (60 kq) isə bürünc medala layiq görülüb.