Tatarıstan Respublikasında kəmər güləşi üzrə koreş (klassik), koreş (çimərlik) və qırğız kuroşu (sərbəst) növləri üzrə dünya çempionatı, həmçinin belboğlı kuraş (özbək güləşi) üzrə Dünya Kuboku keçirilib. Turnirə dünyanın 32 ölkəsindən 350-dən çox idmançı qatılıb.
“Neftçi” İdman Klubunun təmsilçiləri yeniyetmələr və böyüklər arasında təşkil olunan müxtəlif növlər üzrə yarışlarda çıxış edərək, ümumilikdə 18 medala yiyələniblər. Bu medallardan 1-i qızıl, 7-si gümüş, 10-u isə bürüncdür.








