Bakı Atıcılıq Mərkəzində keçirilən güllə atıcılığı üzrə Azərbaycan çempionatına yekun vurulub.

“Neftçi” İdman Klubunun təmsilçiləri də yarışda çıxış ediblər.

Kiçikçaplı tapançadan 25 metr məsafəyə çalışmada Xanna Əliyeva 563 xalla qadınlar arasında respublika çempionu olub. İmran Qarayev (554 xal) isə kişilərin mübarizəsində ikinci yeri tutub.

Pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma yarışında Xanna Əliyeva (572 xal) gümüş, Oleq Kerjankin (572 xal) isə kişilər arasında bürünc bürünc medal qazanıb.

Qarışıq komanda yarışında (MİX) pnevmatik tapançadan 10 metr məsafəyə atəşdə Xanna Əliyeva yenidən liderliyə yüksəlib. Xalidə Əliyeva və Oleq Kerjankindən ibarət cütlük isə fəxri kürsünün ikinci pilləsində qərarlaşıb.