“Neftçi” İdman Klubunun parataekvondoçusu Sabir Zeynalov Cənubi Koreyanın Çxunçxon şəhərində keçirilən Açıq Çelenc Turnirində gümüş medala yiyələnib. 58 kq çəki dərəcəsində mübarizə aparan paralimpiyaçımız finalda türkiyəli Ali Can Özcana məğlub olub.
İdmançımız finala gedən yolda rusiyalı Timur Baitimirovu, monqolustanlı Tyemirbyek Khaulyeti və özbəkistanlı Fayoz Valijonovu mübarizədən kənarlaşdırıb.
Qeyd edək ki, turnir Los-Anceles-2028 Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandırır.