“Neftçi SOCAR” 3×3 basketbol komandası bu gün İspaniyanın Kaseres şəhərində start götürəcək Dünya Qadın Seriyasında mübarizəyə başlayacaq. Komandamız A qrupundakı ilk matçında İspaniya təmsilçisi “Madrid”lə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə 22:05-da başlayacaq.
Qeyd edək ki, indiyədək keçirilmiş 12 mərhələnin yekununa əsasən, “Neftçi SOCAR” (352 xal) ümumi komanda hesabında ikinci pillədə qərarlaşıb.
