• İyul 10, 2026
  • Redactor Neftchi
  • 0

Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən güləş üzrə U-20 Avropa birinciliyi davam edir.

“Neftçi” İdman Klubunun qadın güləşçisi Ruzanna Məmmədova (62 kq) böyük əzmkarlıq nümayiş etdirərək Avropa çempionu olub. O, qızıl medal uğrunda həlledici final görüşündə türkiyəli Özdenur Özmezə 6:0 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, daha əvvəl klubumuzun qadın güləşçisi Günay Qurbanova (59 kq) gümüş medala layiq görülüb. Yunan-Roma güləşçilərimizdən isə Ayxan Cavadlı (60 kq) və Elmin Əliyev (82 kq) nüfuzlu yarışın bürünc medalına sahib olublar.