• İyul 11, 2026
  • Redactor Neftchi
  • 0

Bakıda Beynəlxalq Boks Assosiasiyasının (IBA) təşkilatçılığı və Azərbaycan Boks Federasiyasının dəstəyi ilə IBA Çempionlar Gecəsi keçirilib. Dünyanın tanınmış peşəkar boksçularını bir araya gətirən idman yarışı “Sea Breeze Resort”da açıq hava şəraitində təşkil olunub.“Neftçi” İdman Klubunun Azərbaycan millisinin heyətində yer alan boksçularından Sərxan Əliyev qazaxıstanlı Nurtas Ajbenovu 3:0, Səidcəmşid Cəfərov isə Belarus təmsilçisi Nikolay Veselovu 3:0 hesabı ilə məğlub edib. Tayfur Əliyevin özbəkistanlı Xurşidbek Rasuljonovla, Nəbi İsgəndərovun isə Rusiya idmançısı Hikmət Qarayevlə görüşü heç-heçə sona yetib.