“Neftçi” İdman Klubunun yetirməsi Səftər Məmmədzadə (+90 kq) Almaniyanın Frankfurt (Oder) şəhərində 19 yaşadək (U-19) boksçular arasında keçirilən beynəlxalq turnirdə mükafatçılar arasında yer alıb. Azərbaycan millisinin heyətində çıxış edən təmsilçimiz yarışın bürünc medalına layiq görülüb.
