3×3 basketbol üzrə “Neftçi SOCAR” komandası Dünya Qadın Seriyasının Tokio mərhələsində 1/4 finala vəsiqə qazanıb. Təmsilçimiz bu gün keçirilən qrup mərhələsinin ilk görüşündə ABŞ millisini 18:13, sonuncu qrup oyununda isə Niderlandın U-25 komandasını 20:18 hesabı ilə məğlubiyyətə uğradıb. Qrupda hər iki rəqibinə qalib gələn “Neftçi SOCAR” komandası qrup lideri kimi 1/4 finala vəsiqə qazanıb və Çinin “Pekin” klubuna rəqib olub.
Qeyd edək ki, təmsilçimizin 1/4 final oyunu avqustun 2-də Bakı vaxtı ilə saat 7:00-da keçiriləcək.
