“Neftçi” İdman Klubunun MMA döyüşçüsü Tofiq Musayev Mütləq Döyüş Çempionatında (UFC) növbəti dəfə oktaqona çıxıb və qələbə qazanıb. İdmançımız Serbiyanın paytaxtı Belqradda keçirilən “UFC Fight Night” turnirində slovakiyalı Ludovit Klaynla üz-üzə gəlib. O, yüngül çəki dərəcəsində baş tutan qarşılaşmada ikinci raundda rəqibini texniki nokautla məğlub edib.
Xatırladaq ki, Tofiq Musayev daha əvvəl ABŞ-də Çilidən olan İqnasio Bahamondesi məğlub edərək UFC-də ilk qələbəsini qazanmışdı.
