• Avqust 3, 2026
  • Redactor Neftchi
  • 0

Gürcüstanın Batumi şəhərində taekvondo üzrə ənənəvi “Batumi Open 2026” beynəlxalq turniri keçirilib. Yarışda müxtəlif ölkələrdən yüzlərlə idmançı uşaqlar, yeniyetmələr, gənclər və böyüklər kateqoriyalarında güclərini sınayıblar.
“Neftçi” İdman Klubunun taekvondoçuları yeniyetmələr arasında təşkil olunan yarışda 3 medala layiq görülüblər. İdmançılarımızdan Esmanur Azayeva (47 kq) və Ümid Şahbazov (41 kq) yalnız həlledici final görüşündə məğlub olaraq gümüş medala sahib olublar. Digər təmsilçimiz Əhməd Mürvətov (33 kq) isə turniri üçüncü pillədə başa vurub.