• Avqust 3, 2026
  • Redactor Neftchi
  • 0

“Neftçi” basketbol komandası yunanıstanlı mütəxəssis Konstantinos (Kostas) Vasiliadis ilə müqavilə imzalayıb. 42 yaşlı mütəxəssis zəngin basketbolçu karyerası ilə tanınır. O, zamanında “Olimpiakos”, “Paok”, “Unikaxa Malaga”, “Anadolu Efes” və “Bilbao Basket” kimi Avropanın önəmli klublarında çıxış edib.
Son olaraq İspaniyanın “Lusentum Alikante” klubunu (2025-2026) çalışdıran Konstantinos Vasiliadislə ilkin olaraq 2026-2027-ci illər mövsümünün sonunadək müqavilə bağlanıb. Mövsümün sonunda isə müqavilənin müddəti yenidən dəyərləndiriləcək.