Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycan idmançılarının 2026-cı ilin avqust ayı üçün reytinq cədvəli açıqlanıb.
Sevindirici haldır ki, ilk üçlükdə yer alan idmançıların hamısı, ilk onluqdakıların isə səkkizi “Neftçi” İdman Klubunun atletləridi. Belə ki, təmsilçilərimizdən yunan-roma güləşçisi Həsrət Cəfərov (480 xal) birinci sıradakı mövqeyini qoruyub. Sərbəst güləşçi Giorgi Meşvildişvili (460 xal) ikinci, digər sərbəst güləşçi Arseniy Djioyev (420 xal) isə üçüncü pillədə qərarlaşıb. Səidcəmşid Cəfərov (boks, 400 xal) dördüncü, Murad Əhmədiyev (yunan-Roma güləşi, 330 xal) beşinci, Ülvü Qənizadə (yunan-Roma güləşi, 300 xal) altıncı, Nurəddin Novruzov (sərbəst güləş, 270 xal) yeddinci, Hidayət Heydərov (cüdo, 270 xal) isə doqquzuncu sırada yer alıb.
