“Neftçi” İdman Klubunun sərbəst güləşçiləri Slovakiyanın paytaxtı Bratislavada keçirilən U-20 dünya çempionatında inamla mübarizə apararaq 2 medal qazanıblar.
Onlardan Hacı Kərimov (70 kq) finalda iranlı Sina Mehdi Xəliliyə 3:7 hesabı ilə məğlub olaraq gümüş medala sahib çıxıb. Yusif Dursunov (125 kq) isə bürünc medal uğrunda görüşdə gürcüstanlı Aleksandre Abramişvilini 6:0 hesabı ilə üstələyərək dünya üçüncüsü olub.
Qeyd edək ki, daha əvvəl klubun yunan-Roma güləşçilərindən Ayxan Cavadov (60 kq) qızıl, Elmin Əliyev (82 kq) isə bürünc medal qazanmışdılar. Qadın güləşçilərdən Günay Qurbanova (57 kq) və Ruzanna Məmmədova (59 kq) isə fəxri kürsünün ikinci pilləsinə qalxaraq gümüş medala yiyələniblər.

