Bakıda qazaq güləşi üzrə dünya çempionatına yekun vurulub.
Bakı İdman Sarayında keçirilən yarışda kişilər və qadınlar arasında ümumilikdə 16 çəki dərəcəsində qaliblər müəyyənləşib.
Azərbaycan yığmasının heyətində yer alan “Neftçi” İdman Klubunun təmsilçiləri uğurla çıxış edərək çempionatda 2 medal qazanıblar. İdmançılarımızdan 100 kq çəki dərəcəsində mübarizə aparan Tuncay Şamil bütün rəqiblərinə qalib gələrək dünya çempionu olub.
Digər təmsilçimiz Məhəmməd Məmmədzadə (+100 kq) isə bürünc medala sahib çıxaraq fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb.
