“Neftçi” İdman Klubunun yetirməsi Nihad Süleymanlı Bakıda keçirilən çimərlik güləşi üzrə U-17 dünya birinciliyində böyük uğura imza atıb. “Sea Breeze” istirahət mərkəzində təşkil olunan yarışda 80 kq çəki dərəcəsində mübarizə aparan idmançımız qızıl medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Tunar Quliyev (70 kq) və Ruslan Vəliyev (80 kq) isə mundialın bürünc medalına layiq görülüblər.