Bu gün futbol üzrə Azərbaycan II Liqasında 2026/2027 mövsümünə start verilib.
“Qaradağ Lökbatan” ilk turda “Hypers” komandasını qəbul edib. Lökbatan qəsəbəsindəki Qaradağ Təlim-İdman Bazasının stadionunda təşkil olunan qarşılaşma maraqlı və gərgin mübarizə şəraitində keçib. Yekunda Amit Quluzadənin baş məşqçisi olduğu kollektiv iddialı rəqibini 2:1 hesabı ilə məğlubiyyətə uğradıb.
Komandamızın heyətində Əjdər Hacılı (13) və İsa Zeynallı (39) adlarını tabloya yazdırıblar.















