• Sentyabr 1, 2026
  • Redactor Neftchi
  • 0

3×3 basketbol üzrə “Neftçi SOCAR” komandası Dünya Qadın Seriyasının 2026-cı il mövsümünü ikinci pillədə başa vuraraq Şanxay finalına vəsiqə qazanıb. Təmsilçimiz mövsüm ərzində ümumilikdə 12 mərhələdə iştirak edib və 672 xal toplayaraq bu uğura imza atıb. Orlean və Marsel mərhələlərinin qalibi olan komandamız, sentyabrın 5-6-da təşkil olunacaq Şanxay finalında mübarizə aparacaq.