Qırğızıstanın Bişkek şəhərində keçirilən VI Dünya Köçəri Oyunları çərçivəsində güləş, kəmər güləşi və xapsaqay üzrə yarışlar baş tutub.
“Neftçi” İdman Klubunun təmsilçisi Rəvan Musayev güləş yarışında mütləq çəki dərəcəsində inamla çıxış edərək gümüş medala sahib olub.Xatırladaq ki, daha əvvəl klubun digər idmançısı Ariz Hüseynov (80 kq) alış güləşi üzrə yarışda bürünc medal qazanmışdı.
Qeyd edək ki, VI Dünya Köçəri Oyunlarında ölkəmizi 9 idman növündə (alış, qırğız kuroş, quştinqiri, güləş, pəhləvan güləşi, qazax kuresi, qoreş, mas-restlinq və manqala) 10 idmançı təmsil edir. Onlardan 6-sı məhz “Neftçi” İdman Klubunun yetirməsidir.
