Bu gün Çinin Şanxay şəhərində 3×3 basketbol üzrə Dünya Qadın Seriyasının mövsüm finalında qrup mərhələsinin oyunları keçirilib.
Ölkəmizi A qrupunda təmsil edən “Neftçi SOCAR” komandası ilk görüşdə Fransa seçməsinə 17:15 hesabı ilə qalib gəlib. Təmsilçimiz ikinci qarşılaşmada Niderlanda məğlub olsa da (12:22), sonuncu oyunda Almaniya yığması üzərində 16:11 hesablı qələbə qazanaraq dörddəbir finala vəsiqəni təmin edib.
Qeyd edək ki, final mərhələsinin həlledici oyunları sentyabrın 6-da keçiriləcək.
