Sentyabrın 27-si Azərbaycanda Anım Günüdür. Artıq altıncı ildir ki, ölkəmizdə bu müqəddəs gün xüsusi ehtiramla yad edilir. Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamı ilə təsis edilən bu gün, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.
Bu gün xalqımız Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda edən qəhrəmanlarımızın əziz xatirəsini dərin hörmətlə anır, onların ruhuna dualar oxuyur.
Qeyd edək ki, bu gün saat 12:00-da ölkə ərazisində şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq.
