“Neftçi” İdman Klubunun qılıncoynadanı Vahab Fətullayev Macarıstanın paytaxtı Budapeştdə keçirilən “Kadet-Junior Párbajtőr Magyar Kupa 3” turnirində uğurla çıxış edib. Təmsilçimiz gənc oğlanların şpaqa növü üzrə şəxsi yarışında 149 idmançı arasında 3-cü yeri tutub.
Qrup mərhələsində keçirdiyi 6 görüşün hamısını qələbə ilə başa vuran şpaqaçımız, pley-offda ardıcıl olaraq Çin və Macarıstan təmsilçilərini üstələyərək yarımfinala yüksəlib. O, bu mərhələdə Edmond Ventzelə 13:15 hesabı ilə məğlub olaraq turnirin bürünc medalına sahib çıxıb.
Qeyd edək ki, yarışda Azərbaycanla yanaşı Macarıstan, Avstriya, Çin, İrlandiya, Rumıniya, Serbiya və Slovakiya idmançıları da mübarizə aparıblar.

