Gənclər və İdman Nazirliyi Azərbaycan idmançılarının 2026-cı ilin oktyabr ayı üçün reytinq siyahısını açıqlayıb.
“Neftçi” İdman Klubunun 7 təmsilçisi yeni siyahının ilk onluğunda yer alıb. Bolqarıstanın paytaxtı Sofiyada keçirilmiş Avropa çempionatında qızıl medal qazanan boksçumuz Səidcəmşid Cəfərov (350 xal) birinci pilləyə yüksəlib. Cüdo üzrə Olimpiya çempionu Hidayət Heydərov (270 xal) üçüncü, ağırlıqqaldıran İsa Rüstəmov (240 xal) beşinci, yunan-Roma güləşçisi Həsrət Cəfərov (230 xal) yeddinci, sərbəst güləşçilər Arseniy Djioyev (220 xal) səkkizinci, Giorgi Meşvildişvili (210 xal) doqquzuncu, qadın güləşçisi Jalə Əliyeva (200 xal) isə onuncu pillədə qərarlaşıb.
