• Oktyabr 4, 2026
  • Redactor Neftchi
  • 0

Bu gün Bakıdakı Milli Gimnastika Arenasında cüdo üzrə böyüklər arasında dünya çempionatına start verilib.

Yarışın ilk günündə Azərbaycan millisinin heyətində yer alan “Neftçi” İdman Klubunun yetirməsi Əhməd Yusifov (60 kq) möhtəşəm uğura imza ataraq qızıl medal qazanıb. Cüdoçumuz yarışa 1/16 final mərhələsindən başlayıb. O, ardıcıl olaraq Tumenjarqal Tuvşinturu (Monqolustan), Harş Sinqhi (Hindistan), Ayub Bliyevi (Rusiya) və yarımfinalda isə Yan Yunq-Veyi (Çin Taypeyi) məğlub edərək finala vəsiqə qazanıb. Əhməd Yusifov həlledici görüşdə Qazaxıstan təmsilçisi Şerzod Davlatova qalib gələrək dünya çempionu olub və ölkəmizə ilk mükafatı qazandırıb.

Qeyd edək ki, oktyabrın 11-nə qədər davam edəcək mötəbər yarışda 93 ölkədən 622 cüdoçu (335 kişi, 287 qadın) mübarizə aparır. Azərbaycan mundialda 13 çəki dərəcəsində 24 cüdoçu (17 kişi, 7 qadın) ilə təmsil olunur.