• Oktyabr 6, 2026
  • Redactor Neftchi
  • 0

“Neftçi” basketbol komandası bu gün FIBA Avropa Kubokunun müntəzəm mövsümündə ilk oyununa çıxır. H qrupunda yer alan təmsilçimiz Yunanıstanda “Mikonos” kollektivinin qonağı olacaq. Bakı vaxtı ilə saat 20:00-da başlayacaq qarşılaşma “İdman TV” vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki, “Neftçi” və “Mikonos”la yanaşı, H qrupunda “Oradya” (Rumıniya), “Fribur Olimpik” (İsveçrə), VEF (Latviya) və “Lokomotiv” (Plovdiv, Bolqarıstan) komandaları da yer alıblar.