• Oktyabr 11, 2026
  • Redactor Neftchi
  • 0

Bakıda, Milli Gimnastika Arenasında keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatına yekun vurulub.

Azərbaycan cüdoçuları fərdi mübarizəni rekord sayda – 7 medalla başa vurublar. Medallardan biri qızıl, ikisi gümüş, dördü isə bürünc olub.

“Neftçi” İdman Klubunun yığma komandamızın heyətində yer alan təmsilçiləri bu tarixi uğurun qazanılmasında böyük pay sahibi olublar. Belə ki, əldə olunan medallardan dördü məhz klubun idmançılarına məxsusdur.

Cüdoçularımızdan Əhməd Yusifov (60 kq) böyük əzmkarlıq nümayiş etdirərək dünya çempionu tituluna sahib çıxıb. Digər idmançılarımızdan Zelim Tçkayev (81 kq) və Uşanqi Kokauri (+100 kq) gümüş, Ömər Rəcəbli (81 kq) isə bürünc medal qazanıblar.

Qeyd edək ki, oktyabrın 4-də start götürmüş mötəbər yarışda 93 ölkədən 622 cüdoçu mübarizə aparıb. Azərbaycan mundialda 13 çəki dərəcəsində 24 cüdoçu ilə təmsil olunub.