“Neftçi” basketbol komandası bu gün FIBA Avropa Kubokunun qrup mərhələsində növbəti matçına çıxıb. H qrupunda yer alan təmsilçimiz II turda Latviyanın “VEF Riga” kollektivini qəbul edib. “Sərhədçi” İdman Mərkəzində reallaşan oyun rəqibin 110:94 hesablı qələbəsi ilə başa çatıb.