ABŞ-nin Las Veqas şəhərində güləş üzrə U23 dünya çempionatı davam edir.
“Neftçi” İdman Klubunun yunan-Roma güləşçisi Elmir Əliyev (60 kq) yarışda inamla çıxış edərək finala yüksəlib. İdmançımız həlledici görüşdə qazaxıstanlı Aybek Aytbekovla qarşılaşıb. Rəqibinə 4:12 hesabı ilə məğlub olan təmsilçimiz mundialın gümüş medalına layiq görülüb.
