• Oktyabr 15, 2026
  • Redactor Neftchi
  • 0

ABŞ-nin Las-Veqas şəhərində keçirilən güləş üzrə U23 dünya çempionatı davam edir. Yarışın üçüncü günündə yunan-Roma güləşçilərinin mübarizəsinə yekun vurulub.
“Neftçi” İdman Klubunun yığmanın heyətində yer alan yunan-Roma güləşçisi Ruslan Nurullayev (77 kq) təsəlliverici görüşlərdə iranlı Ahura Piani (10:1) və norveçli Ludviq Hatlandı (8:0) tam üstünlüklə məğlub edib. Pəhləvanımız bürünc medal uğrunda həlledici qarşılaşmada ukraynalı İrfan Mirzoyevdən üstün olub – 3:1. Bununla da R.Nurullayev U23 dünya çempionatlarında özünün üçüncü bürünc medalını rəsmiləşdirib.
Qeyd edək ki, daha əvvəl klubun digər yunan-Roma güləşçisi Elmir Əliyev (60 kq) yarışın gümüş medalına sahib çıxmışdı.