• Oktyabr 16, 2026
  • Redactor Neftchi
  • 0

Azərbaycanda Milli Paralimpiya Komitəsinin 30 illiyi münasibətilə ölkəmizdə idmanın və paralimpiya hərəkatının inkişafındakı xidmətlərinə görə bir qrup şəxs “Tərəqqi” medalı ilə təltif edilib.
Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, təltif olunanlar arasında “Neftçi” İdman Klubunun paralimpiyaçıları Elvin Astanov, Pərvin Məmmədov və Oloxan Musayev də var.