“Neftçi” İdman Klubunun ağırlıqqaldıranı Rahilə Hüseynzadə Albaniyanın Dürres şəhərində keçirilən gənclər və U23 idmançılar arasındakı Avropa birinciliyində 2 gümüş və 1 bürünc medal qazanıb. 86 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz birdən qaldırma hərəkətində 94 kq nəticə ilə fəxri kürsünün ikinci pilləsinə qalxıb. Təkanla qaldırma hərəkətində isə 115 kq ağırlığın öhdəsindən gələn idmançımız bürünc medala sahib olub.
Beləliklə, iki hərəkətin cəmində 209 kq (94 + 115) nəticə göstərən atletimiz Avropa birinciliyinin gümüş medalını qazanıb.

