“Neftçi” basketbol komandası FIBA Avropa Kubokunun müntəzəm mövsümündə növbəti oyununa çıxır. H qrupunda yer alan təmsilçimiz İsveçrənin Friburq şəhərindəki “Salle Saint Leonard” arenasında “Friburq Olimpik” kollektivinin qonağı olacaq. Bakı vaxtı ilə saat 22:00-da başlayacaq qarşılaşma “İdman TV” vasitəsilə canlı yayımlanacaq.
