“Neftçi” basketbol komandası FIBA Avropa Kubokunun müntəzəm mövsümündə növbəti oyununa çıxıb. H qrupunda mübarizə aparan təmsilçimiz İsveçrənin “Friburq Olimpik” komandasının qonağı olub. Friburq şəhərindəki “Salle Saint Leonard” arenasında baş tutan qarşılaşma təmsilçimizin 73:78 hesablı məğlubiyyəti ilə başa çatıb.











