Bu gün futbol üzrə Azərbaycan II Liqasında VIII tura yekun vurulub.
Turun mərkəzi qarşılaşmasında lider “Qaradağ Lökbatan” doğma meydanda “Dinamo”nu qəbul edib. Qaradağ Təlim-İdman Bazasının stadionunda baş tutan matçda komandamız rəqibi üzərində 3:0 hesablı inamlı qələbə qazanıb.
Futbolçularımızdan qolları 26-cı dəqiqədə Əjdər Hacılı, 75-ci dəqiqədə Nurlan Bayramov və 92-ci dəqiqədə İlkin Əliyev vurublar.
Bu qələbədən sonra xallarının sayını 21-ə çatdıran “Qaradağ Lökbatan” turnir cədvəlinin vahid lideri statusunu qoruyur.








