• Oktyabr 24, 2026
  • Redactor Neftchi
  • 0

Türkiyənin Trabzon şəhərində boks üzrə U-15 Avropa birinciliyi davam edir. Bu gün turnirin yarımfinal mərhələsinə yekun vurulub.

“Neftçi” İdman Klubunun yığma komandanın heyətində yer alan təmsilçisi Nuray Qafarova (50 kq) inamlı çıxış edərək mükafatçılar arasına düşməyə müvəffəq olub. Xanım idmançımız mötəbər yarışın bürünc medalına layiq görülüb.