Tacikistanın paytaxtı Düşənbədə start götürən, Dünya Cüdo Turuna daxil olan Qran-pri turnirinin ilk günündə “Neftçi” İdman Klubunun yetirməsi fəxri kürsüyə qalxıb. 57 kiloqram çəki dərəcəsində mübarizə aparan Vüsalə Hacıyeva yalnız finalda məğlub olaraq yarışın gümüş medalına sahib olub.