“Neftçi” İdman Klubunun yunan-Roma güləşçisi Eldəniz Əzizli Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında qızıl medal qazanıb. 55 kq çəki dərəcəsində mübarizə aparan idmançımız böyük əzmkarlıq nümayiş etdirərək finalda İran təmsilçisi Payam Balutakiyə 3:1 hesabı ilə qalib gəlib və karyerasında beşinci dəfə dünya çempionu adını qazanıb.
Təcrübəli güləşçi finala gedən yolda monqolustanlı Davaabandi Munx Erdeneni və belaruslu Aleksandr Qurevi 9:0, yarımfinalda isə Gürcüstan təmsilçisi Vaxtanq Loluanı 5:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, Eldəniz Əzizli daha əvvəl 2018, 2022, 2023 və 2024-cü illərdə də dünya çempionu olub.




