Azərbaycan Basketbol Liqasında IV turun daha bir oyunu keçirilib.
“Neftçi” bu gün “Gəncə” ilə üz-üzə gəlib. Bakı İdman Sarayında təşkil olunan qarşılaşma ilk dəqiqələrdən son saniyələrə qədər böyük rəqabət və həyəcan içində keçib. Hər iki komandanın hücum xəttindəki effektiv oyunu sayəsində azarkeşlər olduqca məhsuldar bir matçın şahidi olublar. Yekunda matç təmsilçimizin qələbəsi ilə yekunlaşıb – 96:94.










