Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı ilə Bakı Atıcılıq Mərkəzində “Zəfər Kuboku” yarışı baş tutub. İdmançılar 10, 25 və 50 metr məsafələrə tapança və tüfəngdən atəş açma növlərində, həmçinin qarışıq komanda proqramında mübarizə aparıblar.
96 idmançının qatıldığı turnirdə “Neftçi” İdman Klubunun təmsilçiləri də uğurlu çıxış ediblər. Pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma (PTÇ-3) yarışında qadınlar arasında Xanna Əliyeva 563 xalla qızıl medala sahib olub. Kişilərin analoji mübarizəsində isə Elvin Astanov (565 xal) bürünc medala layiq görülüb.
Eyni növ və məsafədə təşkil olunan qarışıq komanda yarışında (PTÇ-3M) Oleq Kerjankin qızıl, Vladislav Kalmıkov isə gümüş medal qazanıb. Kiçik çaplı tapançadan (KÇTÇ) 25 metr məsafəyə atəşaçmada isə Xanna Əliyeva daha bir uğura imza ataraq, 566 xalla turnirin qalibi olub.







