• Oktyabr 28, 2026
  • Redactor Neftchi
  • 0

İyirmi yaşadək cüdoçular (U-20) arasında Bakı şəhər birinciliyi başa çatıb. Abşeron Olimpiya İdman Kompleksində təşkil olunan yarışda 34 klub və idman cəmiyyətindən 200 cüdoçu (162 oğlan, 38 qız) 13 çəki dərəcəsində mübarizə aparıb.
“Neftçi” İdman Klubunun yetirmələri turnirin 8 medalını (2 qızıl, 3 gümüş, 3 bürünc) qazanıblar. Cüdoçularımızdan Bahadır Feyzullayev (60 kq) və Kənan Məmmədov (66 kq) bütün rəqiblərini məğlub edərək çempion olublar. Xədicə Namazlı (52 kq), Zəhra İbadova (78 kq), Mirxaliq İsgəndərov (60 kq) gümüş, Gülay Haqverdiyeva (52 kq), Şəfiqə Əhmədova (57 kq) və İlahə Əzizzadə (63 kq) isə bürünc medal əldə ediblər.
Yekun nəticələrə əsasən, “Neftçi” İdman Klubu komanda hesabında ikinci yeri tutub.
Qeyd edək ki, yarışın keçirilməsində məqsəd kvotalar əsasında ölkə birinciliyində iştirak edəcək idmançıları müəyyənləşdirməkdir.