Futbol üzrə Azərbaycan Kubokunun II təsnifat mərhələsi çərçivəsində “Qaradağ Lökbatan” komandası “İmişli” ilə üz-üzə gəlib. Yevlax şəhər stadionunda reallaşan qarşılaşma gərgin mübarizə şəraitində keçib. Matçın 44-cü dəqiqəsində futbolçumuz Əli Əlizadənin vurduğu qolla komandamız birinci hissəni 1:0 hesablı üstünlüklə bitirsə də, yekunda 1:4 hesabı ilə məğlub olub. Bununla da “Qaradağ Lökbatan” Azərbaycan Kubokunda mübarizəni dayandırmalı olub.
