“Neftçi” İdman Klubunun cüdoçusu Uşanqi Kokauri Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən “Böyük Dəbilqə” turnirində gümüş medal qazanıb. 100 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan təmsilçimiz finalda gürcüstanlı İrakli Demetraşviliyə məğlub olaraq fəxri kürsünün ikinci pilləsində qərarlaşıb.
Qeyd edək ki, daha əvvəl klubun cüdoçularından Balabəy Ağayev (60 kq) və Könül Əliyeva (48 kq) qızıl, Hidayət Heydərov (73 kq) isə bürünc medal əldə ediblər.
