• Noyabr 13, 2026
  • Redactor Neftchi
  • 0

Yığma komandamızın heyətində yer alan “Neftçi” İdman Klubunun cüdoçusu Gültac Məmmədəliyeva Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran-pri turnirində bürünc medala sahib olub. 52 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz üçüncü yer uğrunda qarşılaşmada italiyalı İlaria Finestrone üzərində qələbə qazanıb.