Futbol üzrə Azərbaycan II Liqasında XI turun oyunları davam edir. Tur çərçivəsində “Qaradağ Lökbatan” bu gün səfərdə “Kür-Araz”ın qonağı olub.
Heydər Əliyev adına İmişli şəhər stadionunda baş tutan qarşılaşma bütünlüklə komandamızın üstünlüyü şəraitində keçib. Rəqibinə heç bir şans verməyən “Qaradağ Lökbatan” yekunda 7:1 hesablı qələbə qazanıb.
Komandamızın heyətində Əli Əlizadə (2, 40, 63) het-triklə yadda qalıb. Digər qolları isə Sabir Allahquliyev (22), İbrahim Novruzov (47), Ramil Orucov (49) və Əjdər Hacılı (82) rəqib qapısından keçiriblər. Meydan sahiblərinin heyətində təsəlli qolunun müəllifi Bayram Əliyev (78) olub.
Qeyd edək ki, bu qələbədən sonra xallarının sayını 30-a çatdıran “Qaradağ Lökbatan” turnir cədvəlindəki liderliyini davam etdirir.
