“Neftçi” basketbol komandası FIBA Avropa Kubokunun müntəzəm mövsümündə növbəti oyununa çıxacaq. H qrupunda mübarizə aparan təmsilçimiz səfərdə Latviyanın “VEF Riga” kollektivi ilə üz-üzə gələcək. Noyabrın 18-də Bakı vaxtı ilə saat 21:00-da start götürəcək qarşılaşma “İdman TV” vasitəsilə canlı yayımlanacaq.
