“Neftçi” İdman Klubunun parataekvondoçusu Sabir Zeynalov (K44, 58 kq) Cənubi Koreyanın Muju şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanıb.
Mübarizəyə 1/8 finaldan qoşulan idmançımız bu mərhələdə hindistanlı Mohit Sinq, 1/4 finalda monqolustanlı Tyemirbyek Khaulyet, yarımfinalda isə Çin Taypeyi təmsilçisi Xiao Xiang-Ven üzərində qələbə qazanaraq finala yüksəlib. Sabir Zeynalov həlledici qarşılaşmada son paralimpiya çempionu, israilli Asaf Yasuru məğlub edərək dünya çempionu tituluna yiyələnib.
