“Neftçi” İdman Klubunun təmsilçisi İlham Zəkiyev Misirin İsgəndəriyyə şəhərində keçirilən paracüdo üzrə Qran-pri turnirində bürünc medala layiq görülüb.
J1 kateqoriyası üzrə +95 kq çəki dərəcəsində mübarizə aparan paralimpiyaçımız 1/8 finalda britaniyalı Den İnqlişə qalib gəlsə də, 1/4 finalda moldovalı İan Basoka məğlub olub.
Təsəlliverici görüşdə özbəkistanlı Ulmas Rayimovu üstələyən təmsilçimiz bürünc medal uğrunda qarşılaşmada qazaxıstanlı Baqlanbek Onalbeki məğlub edərək fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
