“Neftçi” İdman Klubunun parataekvondoçusu İmaməddin Xəlilov (K44 kateqoriyası, 70 kq) Qazaxıstanın paytaxtı Astanada keçirilən Qran-pri finalında bürünc medal qazanıb.
Paralimpiya çempionumuz 1/4 final mərhələsində yerli idmançı Askar Dinmuxammedə qalib gəlsə də, yarımfinalda meksikalı Xuan Dieqo Qarsiya Lopezə məğlub olub. Üçüncü yer uğrunda görüşdə braziliyalı rəqibi Valter Sedano Delfino de Oliveyra dayanq üzərinə çıxmadığından İmaməddin Xəlilov yarışın bürünc mükafatına sahib çıxıb.